Alimlər “buster” dozanın əhəmiyyətini elmi yolla təsdiq ediblər

İsrailli alimlərin araşdırmasının nəticələrinə görə, koronavirusa yoluxma ehtimalı peyvəndin ikinci dozasından 3 ay sonra əhəmiyyətli dərcəyə çatır və zaman keçdikcə tədricən artır.

Herbiand.az xəbər verir ki, alimlərin müşahidə etdiyi şəxlər Pfizer-BioNTech preparatı ilə vaksinasiya olunanlardır, lakin nəticələr ümumiyyətlə digər vaksinlərə də şamil edilə bilər.

Ümumilikdə, ikinci inyeksiyadan ən azı üç həftə sonra PCR testindən keçən və əvvəllər COVID-19 infeksiyasına yoluxmayan 80 057 israillinin elektron tibbi qeydləri araşdırılıb. Peyvəndin ikinci dozasınən qəbulundan 90 gün sonra başlayaraq tədqiqatçılar peyvənd olunanlar arasında infeksiyaların sayında tədricən artım müşahidə ediblər.

İkinci dozadan 21-89 gün sonra bütün yaş qruplarında müsbət testlərin nisbəti 1,3%, 90-119 gündən sonra – 2,4%-ə, 120-149 gündən sonra 4,6%, 150-179 gündən sonra – 10,3%, 180 və daha çox gündən sonra – 15,5% qədər yüksəlib.

Alimlərin əsas qənaəti budur ki, zaman keçdikcə iki komponentli vaksinlərin qoruyucu təsiri zəifləyir, təxminən altı aydan sonra üçüncü “buster” doza tələb olunur.

Copy link
Powered by Social Snap