Azərbaycan internetin sürətinə görə dünya reytinq cədvəlində geriləyib

Böyük Britaniyanın “Cable.co.uk” agentliyi yüksək sürətli internetlə bağlı dünya ölkələri üzrə statistikanı açıqlayıb.

Herbiand.az xəbər verir ki, Qlobal İnternet Sürət Cədvəli 30 iyun 2021-ci il tarixinədək 224 ölkəni əhatə edən 12 ay ərzində 1,1 milyarddan çox sürət testi əsasında tərtib edilib.

Cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinə görə, Azərbaycan internetin orta sürəti 6,63 Mbit/s olub. Nəticədə Azərbaycanın mövqeyi əvvəlki siyahı ilə müqayisədə 25 pillə geriləyib. Belə ki, 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yerdə, 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə isə 102-ci yerdə olub.

“Cable”ın reytinq cədvəllərinə əsasən, son illərdə Azərbaycan internetin sürəti zəifləyib.

Copy link
Powered by Social Snap