Azərbaycanda virus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3194350 təşkil edir.

Copy link
Powered by Social Snap