Bakıda Zəfər avtoyürüşü keçirilir

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillərlə təmin edilən Vətən Müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

Herbiand.az trend-ə istinadən xəbər verir ki, yürüşə Fəxri Xiyabanın qarşısında start verilib və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

Avtoyürüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da iştirak edir.

Copy link
Powered by Social Snap