Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı

Azərbaycan Gənclər Fondu, Naxçıvan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən “Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi” yekunlaşıb.

Azərbaycan Gənclər Fondundan Herbiand.az-a bildirilib ki, düşərgənin məqsədi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin iki ölkə gəncləri tərəfindən geniş şəkildə öyrənilməsi, Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı “Şuşa Bəyannaməsi”ni rəhbər tutaraq gənclər siyasəti sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, qardaş dövlətlərin mədəniyyət və tarixi, eləcə də gənclərlə iş sahəsində yaradılan imkanlarla bağlı iştirakçıların maarifləndirilməsi olmuşdur.

Bir həftə davam edən düşərgə müddətində iştirakçılar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfər etmiş, Heydər Əliyev Muzeyini ziyarət edərək, Ulu Öndərin irsi ilə tanış olmuşlar.

Azərbaycan və Türkiyə tarixi haqqında gənclərin maarifləndirilməsi, iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, eyni zamanda 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk dili”, ölkəmizdə isə “Nizami Gəncəvi” ili elan olunması ilə əlaqədar iştirakçılar arasında “Yunus-Əmrə-700 il”, “Nizami Gəncəvi-880 il” mövzulu ədəbi-bədii tədbir təşkil edilib.

Copy link
Powered by Social Snap