Daha 8 Vətən müharibəsi qazisi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Daha 8 Vətən müharibəsi qazisi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Vətən müharibəsində ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a bildiriblər ki, onlar Hüseynov Tural Araz oğlu, Bağırov Yaşar Yavər oğlu, Məmmədov Məhəmməd Asif oğlu, Məmmədzadə Adəm Gülhəsən oğlu, Nağıyev Şıxseyid Vahid oğlu, Novruzov Rəşad Lətif oğlu, Məhərrəmov Əkbər Səyyaf oğlu, Qurbani Ruslan Qulam oğludur.

Allah qazilərimizə şəfa versin!

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

 

Copy link
Powered by Social Snap