Düşmənin dinc əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda iki sakin xəsarət alıb, evlərə ciddi ziyan dəyib

Düşmənin dinc əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda iki sakin xəsarət alıb, evlərə ciddi ziyan dəyib

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, oktyabrın 15-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Səhər saat 09 radələrində Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində fərdi evlərə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Evlərə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Copy link
Powered by Social Snap