Emin Həsənli: Şuşa Azərbaycan üçün milli qürurdur

Şuşa bizim qədim, tarixi şəhərimizdir. Azərbaycanlılar əsrlər boyu Şuşada yaşayıblar. Otuz ilə yaxın Şuşanı işğal altında saxlayan mənfur düşmən Azərbaycan Ordusunun gücünü görüb geri çəkildi. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, əlbəttə, Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir. Şuşada çox nəhəng quruculuq işləri başlanıb. Bu sahəyə gənclərimiz də öz töhfələrini verirlər.
Bu sözləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şuşada AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
O, qeyd edib ki, Şuşa Azərbaycan üçün milli qürurdur. Bu gün gənclərimiz Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən bu gözəl diyarı ziyarət etdikləri, orada gedən quruculuq işlərini öz gözləri ilə gördükləri üçün xoşbəxtdirlər.

Copy link
Powered by Social Snap