FHN: Ötən sutka ərzində 1-i azyaşlı olmaqla, 3 nəfər xilas edilib

FHN: Ötən sutka ərzində 1-i azyaşlı olmaqla, 3 nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 90 yanğına çıxış, 2 nəqliyyat qəzası, 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Herbiand.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə ötən sutka ərzində 1-i azyaşlı olmaqla, 3 nəfər, o cümlədən avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Həmçinin iyulun 8-də Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Copy link
Powered by Social Snap