FHN: Ötən sutka 49 yanğına çıxış əməliyyatları keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 49 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 3 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Herbiand.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə, ötən sutkada dörd nəfər, o cümlədən Şamaxı rayonunun Muğanlı kəndində su quyusuna düşərək təhlükəli vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlu yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Copy link
Powered by Social Snap