Gənc alim, jurnalist Nurlan Ağa dəfn olunub

Oktyabrın 11-i Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Nurlan Salamovla bu gün vida mərasimi keçirilib. Mərasimdə mərhumun tələbə yoldaşları, müəllimləri və media nümayəndələri də iştirak edib.

Gənc alim Abşeron rayonunun Masazır qəsəbəsində dəfn edilib.

BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura pilləsinin məzunu, Ərzurum Atatürk Universitetinin Jurnalistika fakültəsinin doktorantı olan Nurlan Salamov ölkədə və xaricdə yayımlanan onlarla elmi və publisistik məqalənin, “”15 iyul” və media”, “İkinci Qarabağ Müharibəsi” kitablarının müəllifidir.

Copy link
Powered by Social Snap