Hərbi Prokurorluq: Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Hərbi Prokurorluq: Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Ordumuzun zabitinin intihar etməsi ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Herbiand.az-a daxil olan məlumatda bildirilib ki, iyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib.

Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər yerinə yetirilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Copy link
Powered by Social Snap