Ombudsman Çağrı Mərkəzi ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 916 Çağrı Mərkəzi fəaliyyətini bərpa edib.

Bu barədə Herbiand.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, 916 Çağrı Mərkəzinin fəaliyyətində yaranmış texniki məhdudiyyət aradan qaldırılıb.

“Artıq müraciətlərinizi Ombudsmana 24 saat ərzində fəaliyyət göstərən Çağrı Mərkəzi vasitəsilə çatdıra bilərsiniz”, – məlumatda qeyd olunub.

Copy link
Powered by Social Snap