Qarabağ erməniləri arasında COVD 19-la bağlı qapanma tətbiq edilir

Qarabağ erməniləri arasında COVID19-a yoluxma artıb. Bununla əlaqədar olaraq müəyyən məhdudlaşdırma tədbirləri görülür.

Herbiand.az xəbər verir ki, 18 oktyabrdan orta təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Oktyabr ayı başlayandan Qarabağda ermənilər arasında 80 nəfər COVID 19-a yoluxub. Son günlər ölüm sayının artması barədə məlumatlar var. Hazırda nə qədər aktiv xəstənin olduğu barədə məlumat verilmir.

Ermənilər arasında vaksinləşməni Rusiya sülhməramlıları həyata keçirir. Vaksinləşmə 19 apreldən başlayıb. Avqust ayının sonuna olan məlumata görə, 716 nəfərə vksin vurulmuşdu. Onlardan 602 nəfər ikinci dozanı da almışdı. Haızrda neçə nəfərin vaksinləşdirildiyi barədə dəqiq məlumat yoxdur.

Copy link
Powered by Social Snap