Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə iştirakçılar həm öyrənib, həm də əyləniblər

Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə iştirakçılar həm öyrənib, həm də əyləniblər

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”nin səkkizinci günündə iştirakçılar həm öyrənib, həm də əyləniblər.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgə iştirakçıları fəal idman yarışları – futbol və karate ilə başladıqları proqramı təlimlərlə davam etdiriblər. Zəhra Həşimova tərəfindən “Mən özümü necə inkişaf etdirməliyəm: Kitabları tez və düzgün oxumaq qaydaları”, Anar Abdulovun təqdimatında isə “Mənim arzularım: Öz gələcəyimi necə qurmalıyam” mövzularını dinləyiblər. Rəsm dərslərində isə uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra günün qonağı ilə görüş təşkil olunub. Tanınmış jurnalist və səyyah Azər Qərib səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

 

Copy link
Powered by Social Snap