Sosial sığorta haqları üzrə daxilolmalar 7,88 faiz artıb

Sosial sığorta haqları üzrə daxilolmalar 7,88 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21 faiz (57 milyon manat) artaraq 2 milyard 614,2 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Herbiand.az-a verilən məlumata görə, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88 faiz (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54 faiz, qeyri-büdcə sektoru üzrə 114,42 faiz icra edilib.

Copy link
Powered by Social Snap