Tovuza dolu yağıb

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb.

Herbiand.az -ın məlumatına görə, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib.

Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir.

Hazırda qərb rayonlarında yağıntılı hava şəraiti müşahidə edilir.Temperatur 5-10 dərəcə düşüb.

Copy link
Powered by Social Snap