Yaqub Zurufçu vəfat edib

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.
Bu barədə Herbiand.az APA-ya istinadla məlumat verib.
Bildirilib ki, sənətçi yaxın saaatlarda vəfat edib.

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Copy link
Powered by Social Snap