“Zəfər yolu”ndan açılan təbiət mənzərələri

Şuşaya aparan Zəfər yolu xalqımızın şərəf, ləyaqət və qürur yoludur. Dağların qoynu ilə salınan bu yolla Şuşaya doğru irəlilədikcə hər kəs ucsuz-bucaqsız ərazilərin Azərbaycan əsgəri tərəfindən düşməndən azad edilməsinin doğurduğu qürur, iftixar hissi yaşayır. Eyni zamanda, yolboyu açılan əsrarəngiz gözəlliklər – füsunkar təbiət mənzərələri, zümrüd meşələr, yaşıl yamaclar, saf dağ havası insanı valeh edir.

Azərtac

Copy link
Powered by Social Snap