Category: Hadisə

Yazı
Bakıda binanın uçma təhlükəsi yaranıb – DYP yolu bağlayıb

Bakıda binanın uçma təhlükəsi yaranıb – DYP yolu bağlayıb

“Paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov stansiyası istiqamətinə olan yolun, yəni Ağa Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb”. Bu barədə Herbiand.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib. Bildirilib ki, qanunvericilikdə nəzərdə tutulan sənədlər...

Yazı
Sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla...

Yazı
“Gelandewagen” bu dəfə polis maşınını vurdu

“Gelandewagen” bu dəfə polis maşınını vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Ağ Şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “Gelandewagen” markalı avtomobil Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobilə çırpılıb. Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki,...

Yazı
İki gündə yol qəzalarında 6 piyada ölüb

İki gündə yol qəzalarında 6 piyada ölüb

Ötən həftənin şənbə və bazar günləri respublika ərazisində 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Herbiand.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, nəticədə 8 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən qəzaların 6-sı piyada vurma, 2-si aşma hadisəsidir. Oktyabrın 23-də Şirvan şəhərində sürücü Anar Abdullayev “Ford” markalı avtomobillə...

Yazı
Lənkəranda 6 şadlıq sarayının sahibi cərimələnib

Lənkəranda 6 şadlıq sarayının sahibi cərimələnib

Herbiand.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 6 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Amin”, “Ulum, “Starway”, “Boladi”, “Kral” və “Pərvin” şadlıq saraylarında təşkil edilən...

Yazı
Bakıda avtomobil qəzası baş verib

Bakıda avtomobil qəzası baş verib

Bakı şəhəri, Nizami rayonu, Azər Manafov 1 ünvanında saat 00:15 radələrində avtomobil qəzası baş verib. İki Toyoto pirus avtomobili toqquşub. Xəsarət alan olan olmasa da, avtomillərə ciddi ziyan dəyib. Emin Şirvanzadə

Yazı
Telman İsmayılovun işi üzrə yeni QƏRAR

Telman İsmayılovun işi üzrə yeni QƏRAR

Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun Monteneqro tərəfindən Rusiyaya təhvil verilməsi ilə əlaqədar açılan cinayət işində əlavə tədbirlər görməyi tapşırıb. Herbiand.az APA-ya istinadla  bildirir ki, bu barədə İstintaq Komitəsinin saytında məlumat verilib. İsmayılova sığınacaq verilməsi ilə bağlı qərarı cümə günü Monteneqronun Daxili İşlər Nazirliyi qəbul edib, və onun istintaq...

Yazı
Gəncədə maşın piyadanı vurub

Gəncədə maşın piyadanı vurub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

Yazı
Eldəniz Səlimovun məhkəməsi başlayır

Eldəniz Səlimovun məhkəməsi başlayır

Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun məhkəməsi başlayır. Herbiand.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi...

Yazı
Şəhid xanımının öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Şəhid xanımının öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə...

Yazı
Bakıda gənc qız intihar etdi

Bakıda gənc qız intihar etdi

Bakıda intihar hadisəsi baş verib. Herbiand.az-ın xəbərinə görə, Yasamal rayonu, Talıblı küçəsindəki mənzillərdən birində yaşayan 27 yaşlı Röya Rəfiyeva 27 ədəd dərman həbi içib. O, dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşrilib. Həkimlərin səylərinə baxmayaraq, R.Rəfiyeva vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Yazı
Avtomobil yeniyetməni vurub

Avtomobil yeniyetməni vurub

Ağcabədidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cəfərova Məxmər Rəsul qızını yaşadığı evin qarşısında vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Yazı
“Kayrat”ı aparan təyyarə qəzaya düşdü

“Kayrat”ı aparan təyyarə qəzaya düşdü

Almatı hava limanında sərnişin təyyarəsi minik avtomobili ilə toqquşub. Sosial şəbəkələrdə Almatı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında baş verən insidentin videosu yayılıb. Görüntülərdə avtomobilin təyyarə ilə toqquşaraq onun qanadının altında qaldığı əks olunub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirir. Sports.ru saytının yaydığı məlumata görə, qəzaya uğrayan təyyarə Qazaxıstanın “Kayrat” futbol klubunun üzvlərini Bakıdan Almatı şəhərinə...

Yazı
Rusiyada qəribə olay : Bilərəkdən ailə üzvlərini virusa yoluxdurdu

Rusiyada qəribə olay : Bilərəkdən ailə üzvlərini virusa yoluxdurdu

Rusiyanın Moskva şəhərində qadın özünü və yaxınlarını bilərəkdən koronavirusa yoluxdurduqdan sonra ölüb. Herbiand.az xarici KİV-ə istinadla xəbər verir ki, 42 yaşlı Anastasiya ailənin bütün üzvlərini “yüngül şəkildə” yoluxdurmaq istəyib. O inanıb ki, koronavirusu yüngül keçirən insandan virusa yoluxanda xəstəlik rahat keçir. Beləliklə o, iki qızı ilə birlikdə xəstə rəfiqəsinin yanına gedib. Nəticədə, əri də daxil olmaqla bütün ailə koronavirusa...

Yazı
Koronavirus xəstəsinə cinayət işi açılıb

Koronavirus xəstəsinə cinayət işi açılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qaydaları kobud...

Yazı
Kəlbəcərdə faciə

Kəlbəcərdə faciə

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində bir nəfər ölüb. Herbiand.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə...

Yazı
Salyanda yol qəzası baş verib

Salyanda yol qəzası baş verib

Salyan rayonunda yol qəzası baş verib. Herbiand.az xəbər verir ki, hadisə rayonun Beştalı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili “Muravey”lə toqquşub. Qəza nəticəsində rayonun Beştalı kənd sakinləri, 2003-cü il təvəllüdlü Salmanov Hüseynağa Həsən oğlu və 2004-cü il təvəllüdlü Abdullazadə İlkin Rahib oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb....

Yazı
Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş berib. Herbiand.az-ın verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən Şirvan sakini, 1992-ci il təvəllüdlü Qurbanova Mətanət Sərraf qızını vurub. Nəticədə xəsarət alan piyada Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Yazı
Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Herbiand.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ yerli vaxtla saat 16:07-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3, dərinliyi 61 km olub.

Yazı
Zaqatalada avtomobil yanıb

Zaqatalada avtomobil yanıb

Zaqatalada fəaliyyət göstərən vəkilə məxsus avtomobil yanıb.Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun “Mersedes” markalı avtomobili ötən gecə saat 03:00 radələrində yanıb.A.İsmayılov qeyd edib ki, vəkillik fəaliyyəti ilə bağlı olaraq şübhələndiyi şəxs tərəfindən avtomobilinin üzərinə benzin tökülərək qəsdən yandırılıb.Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov yanğının baş vermə...

  • 1
  • 2
  • 8