Category: İdman

Yazı
Albert Linder vəfat etdi

Albert Linder vəfat etdi

Qazaxıstanın ağır atleti Albert Linder 25 yaşında vəfat edib. İdmançının ölüm səbəbi açıqlanmayıb. Onun intihar etməsi istisna olunmur. Albert Linder gənclər arasında dünya çempionu, Asiya çempionu, Universiadanın qalibi və rekordçusu, dəfələrlə Qazaxıstan çempionu olub.

Yazı
MM-in Gənclər və idman komitəsinin iclası keçirilib

MM-in Gənclər və idman komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Adil Əliyev bildirib ki, gündəliyə ötən müddət ərzində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı daxil edilib. Sonra Adil Əliyev komitənin...

Yazı
“Qarabağ” klubunun UEFA reytinqi açıqlanıb

“Qarabağ” klubunun UEFA reytinqi açıqlanıb

Avrokubokların qrup mərhələsində birinci turun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Herbiand.az xəbər verir ki, qitənin 100 ən yaxşı klubu arasında “Qarabağ” komandası da yer alıb. Ağdam təmsilçisi 18,500 xalla 71-ci pillədəki mövqeyini qoruyub. Siyahıya 118 xalla Almaniyanın “Bavariya” klubu başçılıq edir. İngiltərənin “Mançester Siti” klubu (113 xal) ikinci, “Liverpul” (107 xal) isə üçüncü sırada qərarlaşıb.

Yazı
“Qarabağ” “Bazel”lə oyunu heç-heçə bitib

“Qarabağ” “Bazel”lə oyunu heç-heçə bitib

“Qarabağ” UEFA Konrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib.  Herbiand.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrə “Bazel”ini qəbul edib.  Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bakı Olimpiya Stadionundakı matçı 17 mindən çox azarkeş izləyib. Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. 8-ci dəqiqədə İbrahima Vadjinin zərbəsi qapının yanından keçib. 2 dəqiqə sonra isə rəqib qapıçı Haynts Linder Xayme Romeronun...

Yazı
“Qarabağ“ və “Bazel”in heyətləri açıqlanıb

“Qarabağ“ və “Bazel”in heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək “Qarabağ “ və İsveçrənin  “Bazel “ komandalarının start heyətləri açıqlanıb. Komandalar meydana aşağıdakı “11-lik “lə çıxacaqlar: “Qarabağ“: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81....

Yazı
Araz-Naxçıvan”ın ilk rəqibi bilindi

Araz-Naxçıvan”ın ilk rəqibi bilindi

Bu gün futzal üzrə Yüksək Liqada 2021/2022-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Herbiand.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş tədbirdə əvvəlcə iştirakçı komandalara və KİV nümayəndələrinə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib. 8 komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. Belə ki, 21 turun yekununda ilk 4...

Yazı
Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir

Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir

Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür.Herbiand.az xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq mətbuata açıqlamasında deyib.Norveçli mütəxəssis bildirib ki, “Bazel” (İsveçrə) yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxın kollektivdir. “Kayrat”ın...

Yazı
Azərbaycan MDB Oyunlarında  növbəti qızıl medalını qazandı

Azərbaycan MDB Oyunlarında növbəti qızıl medalını qazandı

Azərbaycan 1-ci MDB Oyunlarında növbəti medalını qazanıb.  Herbiand.az xəbər verir ki, badmintonçumuz Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən turnirdə oğlanların fərdi yarışında qızıl medal qazanıb.  O, həlledici görüşdə qazaxıstanlı Dmitri Panarini məğlub edib. 

Yazı
Gənc futbolçu  Vaxtanq Çarkviani koronavirusdan vəfat etdi

Gənc futbolçu Vaxtanq Çarkviani koronavirusdan vəfat etdi

Gürcüstanda gənc futbolçu Vaxtanq Çarkviani koronavirusdan vəfat edib. 20 yaşlı gənc 12 gün əvvəl Tbilisidə Respublika Xəstəxanasına yerləşdirilmişdi. O, koronavirusun ağciyərlərində yaratdığı fəsadlardan dünyasını dəyişib Vaxtanq Çarkviani “Dinamo” futbol klubu akademiyasının məzunu idi. O, “Vit Corciya”nın ikinci komandasının oyunçusu olub.

Yazı
Messi het-trik edərək Pelenin rekordunu qırdı

Messi het-trik edərək Pelenin rekordunu qırdı

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Herbiand.az xəbər verir ki, bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırda L.Messinin hesabında Argentina yığmasının heyətində 78 qol var. Məşhur braziliyalı...