Category: Xəbər

Yazı
FHN intiharın qarşısını alıb

FHN intiharın qarşısını alıb

Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Herbiand.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Yazı
Qardaş Türkiyə ilə  yeni sənəd imzalanacaq

Qardaş Türkiyə ilə yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Herbiand.az xəbər verir ki, bu barədə Mədəniyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın...

Yazı
Koçaryan Moskvaya buraxılmadı

Koçaryan Moskvaya buraxılmadı

Ermənistanda birinci instansiya məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın Moskva səfərinə izacə verməyib. Herbiand.az TASS-a istinadən xəbər verir ki, buna səbəb eks-prezindetin rüşvət almaq ittihamı ilə istintaqa cəlb edilməsi olub. Qeyd edək ki, təqribən bir həftə öncə Rusiyanın hakim “Vahid Rusiya” partiyası məsləhətləşmələr üçün hazırda “Ermənistan” blokunun rəhbəri olan Koçaryanı Moskvaya dəvət edib.

Yazı
Keçidlərdə maska taxmayanlar nə üçün cərimələnir?

Keçidlərdə maska taxmayanlar nə üçün cərimələnir?

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir. Herbiand.az xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, yeraltı və yolüstü keçidlər qapalı məkan hesab olunduğu üçün hərəkət iştirakçıları tibbi maskadan istifadə etməlidirlər: “Qapalı məkanlarda tibbi maskadan istifadə etmə məcburiyyəti var. Bu, qanunla tənzimlənir. Bu...

Yazı
Dövlət Dəstəyi Agentliyi ictimai müzakirə təşkil edəcək

Dövlət Dəstəyi Agentliyi ictimai müzakirə təşkil edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Herbiand.az AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda Agentliyə işə qəbul məsələlərinə baxılıb, Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilib. Müzakirələr əsasında Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması...

Yazı
Türkiyən “qırmızı siyahı”dan çıxır

Türkiyən “qırmızı siyahı”dan çıxır

İngiltərə Türkiyəni “qırmızı siyahı” adlandırılan “səyahətin tövsiyə edilmədiyi ölkələr” sırasından çıxarır. Müvafiq qərar oktyabrın 4-dən etibarən qüvvəyə minəcək. Herbiand.az xəbər verir ki, bundan sonra Türkiyədən krallıq ərazisinə gələnlər üçün karantin müddəti tətbiq olunmayacaq. Qeyd edək ki, hazırda qardaş ölkədən Britaniyaya səfər edənlər 10 gün ərzində hotel otağında özünü təcrid etməlidir.

Yazı
“Üç qardaş – 2021” təliminin növbəti mərhələsi icra olunub– VİDEO

“Üç qardaş – 2021” təliminin növbəti mərhələsi icra olunub– VİDEO

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş – 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub. Herbiand.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının...

Yazı
Gəlişimiz Qarabağdandır…

Gəlişimiz Qarabağdandır…

Yazıya Ulu Öndərimizin  Ağdam haqqında dediyi sözləri ilə  başlamaq  istəyirəm:   “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.” ***  12 sentyabr  2021-ci il.  28 il əvvəlki Ağdamdan indiki Ağdama qayıdırıq… Qürur , sevinc, həyəcan,...

Yazı
Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib

Cib kalkulyatoru və ev kompüterlərinin ixtiraçısı vəfat edib

Cib kalkulyatoru və ev kompüterinin yaradıcısı, britaniyalı ixtiraçı Klayv Sinkler vəfat edib. 81 yaşlı alim Londonda uzun sürən xəstəlikdən sonra ölüb. Klayv Sinkler ev kompüterlərinin yayılmasında əhəmiyyətli rol oynayıb. 1961-ci ildə, 21 yaşında olarkən Sinkler cib kalkulyatoru istehsal edən “Sinclair Radionics”i yaradıb. 1973 -cü ildə “Sinclair Research” adlı yeni bir ev kompüter şirkəti qurub. Şirkətin...

Yazı
57 yaşlı kişi  avtobusda öldü

57 yaşlı kişi avtobusda öldü

Bakıda avtobusda ölüm hadisəsi baş verib. Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb. Ə.Quliyevin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.Faktla bağlı araşdırma aparılır.