Category: Xəbər

Yazı
FHN : Qəbələ şəhərində baş verən yanğın məhdudlaşdırılıb

FHN : Qəbələ şəhərində baş verən yanğın məhdudlaşdırılıb

Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. FHN-dən Herbiand.az-a bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur. İlkin məlumata əsasən, təqribən 2 hektar sahədə quru ot, kol-kos və məişət tullantıları yanır.Əlavə məlumat veriləcək.

Yazı
(KOBİA) -ın sədri Orxan Məmmədov (USACC) sədri Reza Vəziri ilə görüşüb.

(KOBİA) -ın sədri Orxan Məmmədov (USACC) sədri Reza Vəziri ilə görüşüb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) sədri Reza Vəziri ilə görüşüb.KOBİA-dan Herbiand.az-a bildirilib ki, görüşdə agentliyin yeni sahibkarlıq subyektlərinin yaradılmasına və KOB-ların inkişafına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOBİA Azərbaycan KOB-larının layihələrinə ABŞ...

Yazı
Ceyhun Bayramov Belçikanın yeni səfirini qəbul edib

Ceyhun Bayramov Belçikanın yeni səfirini qəbul edib

Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansın etimadnaməsinin surətini qəbul edib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Herbiand.az-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfir Mişel Pitermansı təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin...

Yazı
“Kapital Bank” meşələrin bərpası üçün Türkiyəyə dəstək göstərib

“Kapital Bank” meşələrin bərpası üçün Türkiyəyə dəstək göstərib

Son günlər Türkiyənin bir sıra bölgələrində yayılan meşə yanğınları nəticəsində ölkənin təbiətinə ciddi zərər dəyib. Təbii fəlakətin və onun nəticələrinin aradan qaldırılması üçün həm dövlətimiz, həm də Azərbaycanın müxtəlif qurumları qardaş ölkəyə əlindən gələn dəstəyi göstərməyə çalışırlar. Bir müddət əvvəl Azərbaycan Banklar Assosiasiyası Türkiyədə baş vermiş yanğınlar səbəbindən məhv olan meşələrin bərpası məqsədilə xeyirxah təşəbbüsə...

Yazı
Zəfər ruhumuzun bayrağı oldu!

Zəfər ruhumuzun bayrağı oldu!

2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Tovuz döyüşlərinin məntiqi davamı olan, Vətən müharibəsi tarixdən də, xalqımızın yaddaşından da silinməyəcək. Tovuz döyüşlərindən bir il ötsə də, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və digər şəhidlərimiz həmişə ehtiramla anılacaq. Vətənpərvər oğullarımız rütbəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq ön cəbhədə, səngərdə əsgərlərimizlə birlikdə işğalı...

Yazı
Jirinovski: “Ərdoğan İngiltərə ilə “Turan ordusu” qurur”

Jirinovski: “Ərdoğan İngiltərə ilə “Turan ordusu” qurur”

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski indi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Herbiand.az Turkustan.az -a istinadla xəbər verir ki, avqustun 8-də “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” proqramın canlı efirində o dünyadakı vəziyyəti təhlil edərkən, Rusiyaya qarşı ciddi əks-təbliğat aparıldığını deyərək, İngiltərəyə və Türkiyəyə yönəlik ittihamlarla çıxış edib. LDPR lideri deyib...

Yazı
Bu il narkotik vasitələrin  ölkəyə gətirilməsi ilə bağlı faktların sayı açıqlanıb

Bu il narkotik vasitələrin ölkəyə gətirilməsi ilə bağlı faktların sayı açıqlanıb

Bu ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 759,984 hektar sahədən çəkisi 139 ton 586 kq 977 qr olan 344 059 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Herbiand.az-ın...

Yazı
İlham Əliyev Rəşad Nəbiyevi yeni vəzifəyə təyin etdi- FƏRMAN

İlham Əliyev Rəşad Nəbiyevi yeni vəzifəyə təyin etdi- FƏRMAN

Prezident İlham Əliyev “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib. Herbiand.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq. Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin...

Yazı
COVİD-19-la  bağlı son vəziyyət

COVİD-19-la bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Yazı
NMR-ın gənclər və idman naziri təyin edilib

NMR-ın gənclər və idman naziri təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında fərman imzalayıb. Herbiand.az-ın məlumatına görə, fərmana əsasən, Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilib.