900 yaşı olan qılınc tapılıb – VİDEO

İsrailin şimal qərbində, Karmel dağı yaxınlığında Aralıq dənizində  900 yaşı olan qılınc tapılıb.

Herbiand.az İsrail mediasına istinadən xəbər verir ki, üzəri dəniz çanlıları ilə örtülmüş qılıncın uzunluğu 1 metr, tutacağı isə 30 santimetrdir. Ehtimal olunur ki, qılınc səlibçi cəngavərə məxsus olub.

Qılıncı tapan dalğıc dərhal hakimiyyət orqanlarını məlumatlandırıb. Hazırda tapıntı İsrailin Antikvar İdarəsinə təhvil verilib.

Copy link
Powered by Social Snap