ABŞ-da sərnişin təyyarəsi alovlanıb

ABŞ-ın Texas ştatında “McDonnell Douglas DC-9-87” markalı sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb.

Herbiand.az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə yerə düşdükdən sonra alovlanaraq parçalara bölünüb.

Təyyarənin göyərtəsində olan 21 nəfərdən biri xəsarət alıb. Ekipaj üzvləri və sərnişinlər dərhal təyyarədən təxliyə edilib, yaralı isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ikiqat mühərrikli “McDonnell Douglas DC-9-87” təyyarəsi 172 oturacaqlıdır.

Copy link
Powered by Social Snap