ABŞ ilə Taliban arasında GÖRÜŞ

ABŞ Əfqanıstanı tərk etdikdən sonra ilk dəfə “Taliban” liderləri ilə üz-üzə görüş keçirib.

Herbiand.az xəbər verir ki, görüş Qətərin paytaxtı Dohada keçirilib.

“Taliban” liderləri ABŞ-ın Əfqanıstana humanitar yardım göstərməyi qəbul etdiyini bildirib.

Görüşlərdə humanitar yardım məsələsi ilə yanaşı, ABŞ vətəndaşlarının Əfqanıstandan çıxarılması da müzakirə edilib.

ABŞ rəsmiləri danışıqları “səmimi və peşəkar” adlandırıb. Vaşinqton görüşün “Taliban”ın tanınması anlamına gəlmədiyini bildirib.

Copy link
Powered by Social Snap