ABŞ-ın hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ-ın Avropa-Afrika Hərbi Dəniz Qüvvələrinin 6-cı Dəniz Donanmasına məxsus hərbi gəmi Qara dənizə daxil olub.

Herbiand.az-ın Gürcüstan bürosunun xəbərinə görə, məlumatı 6-cı Dəniz Donanması yayıb.

Bildirilib ki, müntəzəm patrul çərçivəsində Qara dənizə daxil olmuş idarəolunan raketlər daşıyan “USSArleighBurke” (DDG51) hərbi gəmisi vacib beynəlxalq dəniz yollarında təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədi ilə regiondakı NATO müttəfiqləri və tərəfdaşları ilə birgə fəaliyyət göstərəcək, qarşılıqlı əməliyyat qabiliyyəti və effektivliyin yüksəldilməsi məqsədi ilə tərəfdaş potensialı yaradacaq.

Copy link
Powered by Social Snap