Afrikanın üç ölkəsinə COVID-19 əleyhinə peyvənd bağışlanılacaq

Türkiyə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Afrikanın üç ölkəsinə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd bağışlayacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Toqo Prezidenti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, peyvəndlər qarşıdakı dövrdə Toqo, Burkina-Faso və Liberiyaya göndəriləcək.

Copy link
Powered by Social Snap