Aralıq dənizində tankerlə balıqçı qayığı toqquşub

Aralıq dənizində tankerlə balıqçı qayığı toqquşub

Türkiyənin Adana vilayətinin Karataş rayonu yaxınlığında Aralıq dənizində Yunanıstan bayrağı altında üzən tankerlə Türkiyəyə aid balıqçı qayığı toqquşub.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində “Poladbey” adlı qayıq batıb, beş balıqçı itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Copy link
Powered by Social Snap