Bu ölkələr 3-cü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər – Daily Express

İngiltərənin Daily Express qəzetinin müxbirlərinin fikrincə, 3-cü Dünya müharibəsinin alovlanmasına bu ölkələr səbəb ola bilər.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, nəşrin fikrincə birinci yerdə ABŞ ilə İranın qarşıdurması dayanır. Əgər vəziyyət pisləşməyə başlasa, onda Tehran dünya neftinin 30 % daşındığı Hörmüz boğazını bağlaya bilər.

Daily Express-ə görə bu cür hadisələr Suriya və Yəməndəki münaqişələri qızışdıra bilər. Həmçinin, İran ilə İsrail arasındakı qarşıdurmanı qaynar fazaya çevirə bilər.

İkinci yerdə ABŞ ilə Türkiyənin münasibətlərinin pisləşməsi qeyd edilib. NATO üzrə müttəfiqlər arasında olan münaqişənin səbəbi Suriya kürdləri məsələsi və Türkiyə prezidentinin iddialı xarici siyasəti ola bilər.

Ardınca Şimali Koreya və onun raket sınaqları, həmçinin Tayvanın müstəqilliyini tanımayan və Vaşinqtonla ticarət müharibəsi vəziyyətində olan Çinin adı çəkilib. 

Həmçinin jurnalistlər Kəşmir məsələsinə görə Hindistanla Pakistan arasında uzun müddətdir davam edən münaqişəni xatırlayıblar. Onlar münaqişənin kəskinləşməsi halında ABŞ-ın işə qarışacağı və beləliklə dünya müharibəsinin qızışmasından qorxurlar.

Bundan başqa ehtimal olunan təhlükələr arasında Əfqanıstanın da adı çəkilib. Belə ki, ölkədə yeni hakimiyyət əvvəl ABŞ və NATO ilə əməkdaşlıq edənləri təqib edir.

Copy link
Powered by Social Snap