Bursa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib

Türkiyənin Bursa şəhəri 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Herbiand.az-ın məlumatına görə, bu barədə qərar Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında verilib.

Bundan başqa TÜRKSOY Daimi Şurasına sədrlik Özbəkistandan Türkiyəyə keçib.

Qeyd edək ki, iclasda mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi təklifi ilə çıxış edib.

Copy link
Powered by Social Snap