Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb

Ermənistanda son sutka ərzində daha 2 132 nəfərdə koronavirus aşkarlanıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 112 680-ə yüksəlib.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 32 nəfər artaraq 1 668-ə çatıb.

Hazırda Ermənistanda 40 min 452 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Copy link
Powered by Social Snap