Erməni politoloqlar hesab edir ki, artıq Ermənistanla hesablaşmırlar

Paşinyanın baş nazirliyi dövründə Ermənistanla heç bir müzakirə aparılmır. Ermənistanı sadəcə gözlənilən hadisələrlə bağlı məlumatlandırırlar.

Herbiand.az xəbər verir ki, bunu erməni mediasına açıqlaamasında polittexnoloq Karen Koçaryan bildirib.

“Paşinyanı növbəti dəfə Moskvaya çağırıblar ki, onu nə barədəsə məlumatlandırsınlar. Bu faktdır. Əgər məsləhət bilsələr daha geniş məlumat verəcəklər, məsləhət bilməsələr isə heç bilməyəcəyik” – deyə Koçaryan vurğulayıb.

Herbiand.az-ın məlumatına görə politoloq Suren Petrosyan isə hesab edir ki, Paşinyan-Putin görüşündən nəsə gözləməyə dəyməz.

“Ermənistan öz gündəliyi ola biləcək səviyyədə deyil. Bu gün Ermənistan geosiyasi aktor deyil, sadəcə tranzit ölkədir.Artıq Ermənistanla danışıq aparılmır. “Danışıqlar” termini qüvvədən düşüb”.

Xatırladaq ki, dünən Moskvada Rusiya previdenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Copy link
Powered by Social Snap