Ermənistan hökumət binası qarşısında hərbçilərin valideyinləri aksiya keçirir

Azərbaycanda saxlanan hərbçilərin ailələri yenidən Ermənistan hökumət binası qarşısında aksiya keçirir.

Herbiand.az xəbər verir ki, ötən il Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan ərazisinə göndərdiyi diversiya qrupunun üzvləri haqqında cinayyət məcələsinin müvafiq maddəsi ilə iş qaldırılıb. Övladlarının Azərbaycanda saxlanmasına etiraz edən valideyinlər isə dəfələrlə belə aksiyalar keçirib.

Dünən 5 nəfərin geri qaytarılmasından sonra yerdə qalan hərbçilərin valideyinləri yenidən aksiya keçirmək qərarına gəlib.

Hazırda hökumət binası qarşısında bir neçə cərgədən polis kardonu düzülüb. Valideyinlərlə görüşmək üçün Nikol Paşinyanın köməkçilərindən biri etirazçılara yaxınlşıb. O etirazçıları görüş üçün binaya dəvət edib. Valideyinlərdən bir hqismi görüş üçün binaya daxil olub.

Copy link
Powered by Social Snap