Ermənistan parlamentində növbəti qalmaqal – VİDEO

Ermənistan parlamentinin bu gün keçirilən iclası 20 dəqiqəlik dayandırılıb.

Herbiand.az “NEWS.am”-a istinadən xəbər verir ki, buna səbəb “Ermənistan” blokunun deputatı Geqam Manukyanın çıxışı və onun mikrafonunun söndürülməsindən sonra mühafizəçilər vasitəsi ilə zorla zaldan çıxarılması olub.

Manukyan çıxışında “kim Qarabağı unudursa xaindir” deyib.

Buna cavab verən hakim partiyadan olan vitse-spiker bildirib: “Cənab Manukyan etika qaydalarına əməl edin. Siz “xain” sedikdə kimi nəzərdə tutursunuz?”

Manukyan hakim partiyadan deputat olan Vigen Xaçartyanın adınıl çəkib və bildirib ki, onun dediklərini çərh etdiyini bildirib.

Bundan sonra onun mikrafonu söndürülüb. Onun kürsüdən enmədiyini görən vitse-spiker mühafizəni zala çağırıb və Manukyan zorla zaldan çıxarılıb.

Copy link
Powered by Social Snap