Ermənistanda son sutkada  COVID-19-un 38 nəfər qurbanı olub

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 2354 yoluxma qeydə alınıb.

Herbiand.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 295 368 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 38 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 6013 nəfərə çatıb.

Copy link
Powered by Social Snap