Əfqanıstandan Tacikistana silah qacaqmalçılığın sayı artıb

Tacikistanda Əfqanıstandan gətirilən silah və narkotik qacaqmalçılığın sayı çoxalıb.

Herbiand.az xəbər verir ki, bu haqda Tacikistan dövlət milli təhlükəsizlik komitəsinin sədri Saymumin Yatimov “Sputnik Tacikistan”a açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, Əfqanıstan ərazisindən narkotik, silah və sursat qacaqmalçılığı son bir neçə ayda müşahidə olunub. O qeyd edib ki, bu hal MDB-də olan bütün dövlətlər üçün təhlükəlidir.

O, bu təhlükəni əsasən müsəlman əhalisi olan ölkələrə aid edib. Belə ki, terroristlər regionda vəziyyəti sabitləşdirmək adı altında islamdan istifadə etməyə çalışırlar.

Copy link
Powered by Social Snap