Google cərimələnib – SƏBƏB

Google cərimələnib – SƏBƏB

Fransanın antiinhisar qurumu “Google” şirkətini 500 milyon avro məbləğində cərimələyib.

Hərbi And Trend-ə istinadən xəbər verir ki, qərar “Google”un 2020-ci ilin aprelində verilmiş bir neçə məhkəmə qərarını icra etməməsi ilə əlaqədar verilib.

Qeyd olunur ki, qurum, həmçinin “Google”dan KİV-lərə təqdim olunan müəlliflik hüquqları qorunan məlumatlara görə mükafatların verilməsini tələb edir.

Bu mükafatlarla əlaqədar KİV və agentliklərlə növbəti iki ay ərzində əlaqə saxlanılmayacağı təqdirdə, şirkət hər gün üçün 900 min avro cərimə ödəməli olacaq.

Copy link
Powered by Social Snap