Gürcüstanda COVID-19-a  yoluxma halları kəskin artıb

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları yenidən artıb. Son 24 saat ərzində ölkədə daha 3221 nəfər koronavirusa yoluxub, 2990 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər isə pandemiyanın qurbanı olub.
Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bu son 5 gündən ən yüksək göstəricidir.
Məlumata görə bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 585 036-ə, müalicə olunaraq sağalanların sayı 548 951-ə, bu virusdan ölənlərin sayı isə 8 287-ə çatıb.

Copy link
Powered by Social Snap