Gürcüstanda virusla bağlı son durum

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 490 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Herbiand.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 634 053, ölənlərin sayı isə 9 246 nəfərə çatıb. Virusa yoluxanlardan 600 524 (95%) nəfərin sağaldığı bildirilir.

Copy link
Powered by Social Snap