“İran Azərbaycanı hədəf seçə bilməz, bu elə də asan deyil”

“İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. Mənim şəxsən elə bir gözləntim yoxdur”.

Herbiand.az APA-ya istinadən xəbər verir ki, bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə dair sualına cavabında deyib.

Türkiyə lideri bu gün İranda yaşayan azərbaycanlılarının sayının göz önündə olduğunu xatırladıb.

“Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, – Ərdoğan vurğulayıb.

Copy link
Powered by Social Snap