İran yanacaqdoldurma məntəqələrinə haker hücumu

İranda yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq verilməsində problem yaşanıb. Buna səbəb yanacaqdoldurma məntəqələrinin elektron sistemində yaranmış problemdir.

İranın neft məhsullarının paylama şirkətinin məlumatında bildirilir ki, ölkə üzrə yanacaqdoldurma məntəqələrində yaranmış problemə görə təcili iclas çağırılıb. İclasdan sonra əhaliyə problemin dəqiq səbəbi və nə vaxt aradan qaldırılacağı açıqlanacaq.

Ölkə rəsmilərinin açıqlamasına görə, bu gün səhərdən ölkənin yanacaqdoldurma məntəqələrinə haker hücumu əhaliyə elektron kartla benzin təhvil verilməsində problem yaradıb.

Copy link
Powered by Social Snap