İsrail tanklarını Colan təpələrinə göndərdi – VİDEO

Sosial mediada yayılan xəbərə görə, İsrail son vaxtlar Colan təpələrində hərbi qüvvələrini artırmaq məqsədi ilə tannklarını bölgəyə göndərib.

Qeyd edək ki, Colan təpələri Livan, İordaniya və Suriya ilə sərhəddədir. İsrail 1967-ci ildə baş verən 6 günlük müharibə zamanı bu bölgəni öz ərazisinə qatıb. 1981-ci ildə İsrail bunu rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

25 mart 2019-cu ildə ABŞ Colan təpələrini İsrailin ərazisi kimi tanıyan ilk dövlət olub.

Copy link
Powered by Social Snap