İsveç tarixində ilk: Baş nazir qadın oldu

Noyabrın 24-də parlamentdə yekun səsvermədən sonra Maqdalena Andersson İsveçin ilk qadın baş naziri oldu.

Bu barədə “Euronews” xəbər verib. Qeyd olunur ki, uzun sürən danışıqlar və müzakirələrdən sonra Sosial Demokratlar Partiyasının lideri deputatlar arasında lazımi dəstəyi təmin edə bilib.

Ekspertlər hesab edir ki, Maqdalena Andersson ağır pandemiya illərində maliyyə naziri kimi uğurlu işinə görə bu vəzifəyə layiq görülüb.

Copy link
Powered by Social Snap