“Koronavirus ABŞ-ı dizüstə qoydu”

“Koronavirus ABŞ-ı dizüstə qoydu”

“Hamımız bu virusla mübarizə üçün əlimizdən gələni etdik və reallıq budur ki, bu, ölkəni dizüstə qoydu”.

“Herbiand.az” saytı “Qafqazino.az” saytına istinadən xəbər verir ki, bu barədə  “The Guardian” nəşrinin məlumatına görə  ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru Robert Redfild konqresin iclasında bildirib.

Redfildin sözlərinə görə, səhiyyə sektoru uzun müddətdir kifayət qədər maliyyə almır və hazırda təcili investisiya tələb olunur.

Qeyd edək ki, ABŞ dünya üzrə koronavirusa yoluxma (2 424 492 nəfər) və ölüm (123 476 nəfər) sayına görə ilk yerdədir.

Copy link
Powered by Social Snap