Lavrov i Rusiya peyvəndi ilə bağlı məsələni siyasiləşdirməməyə çağırıb

Moskva ümid edir ki, Avropa ölkələri koronavirusa qarşı Rusiya peyvəndi ilə bağlı məsələnin siyasiləşdirilməsindən imtina edəcək.

Herbiand.az APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov san-marinolu həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Əlbəttə, qərəz var. Lakin bizim Səhiyyə Nazirliyimiz, “Rospotrebnadzor”, alimlərimizin Avropa Dərmən Agentliyi ilə təmasları var. Biz bu təmasların maksimal dərəcədə peşəkar olmasına, siyasiləşdirilməməsinə tərəfdarıq”, – deyə Rusiya XİN başçısı qeyd edib.

Copy link
Powered by Social Snap