Peterburqda 7 silahlı azərbaycanlı tutuldu

Sankt-Peterburqun Krasnogvardeisky rayonundakı kafelərdən birində silah alverində şübhəli bilinən 7 nəfər saxlanılıb. Onların hamısı azərbaycandandır. Bu barədə Rusiya KİV-ləri məlumat verir.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti Baş İdarəsinin “E” Mərkəzinin əməkdaşları dünən Şaumyan küçəsindəki “Dolce Vita” kafesində axtarış aparıblar. Əməliyyat zamanı əməliyyatçılar dörd tapança tapıb. Onlardan yalnız biri qeydiyyatdan keçib. Qalanları – nömrələri silinmiş və ya sənədlərə görə “itirilmiş” tapancılardır.

Silah alverində şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Onların üçü keçmiş məhkumdur.

Saxlanılanlardan daha biri – bu ilin aprelində toyda havaya atəş açan həbs edilən insandır.

Cinayət işinin başlanılması məsələsi həll olunur.

virtualaz.org

Copy link
Powered by Social Snap