Putin özünü təcrid edib

Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün özünütəcrid rejiminə keçib.

Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Kreml yayıb.

Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək.

Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.

Copy link
Powered by Social Snap