Putinin sirrləri – AŞPAZ DANIŞDI

2012-ci ilə qədər Kremldə işləyən aşpaz Jerome Rigaud “Paris Match” jurnalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinin kulinariya zövqlərinin bəzi sirrlərini açdı. O deyib ki, Putin üçün ət birinci yerdədir. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə kəm-şirin sous altında balığa üstünlük verir.

Rigaud qeyd edib ki, dövlət sirrini aça bimədiyi üçün bütün detalları açıqlaya bilməyəcək. Lakin onu da vurğulayıb ki, Putinin yeməkləri üçün ərzaqlar çox ciddi yoxlanışdan keçirdi. Hətta prezidentin süfrəsini açmaq üçün həkim və hərbçilərin nəzarəti altında aşpaz icazə gözləməli olurdu.

Bununla yanaşı, Jerome Rigaud deyib ki, Rusiyada işinin çətin və sirrli olduğuna baxmayaraq, orada işləmək çox xoşuna gəlirdi.

“Bilirsiz, ruslar çox sadə və açıq insanlardır. Saatlarla masa arxasında oturub uzun söhbət edə bilərlər. Onlar yeməyə araqla başlaya bilərlər və sonra bütün yeməklərin dadını baxa bilərlər. Onlar çörəyə xüsusi hörmət edirlər, çünki aclığ keçirdiklərini xatırlayırlar”, – aşpaz deyib.

Daha əvvəl “Kremlyovski” ərzaq kombinatının direktoru vəzifəsini tutan Viktor Belyaev SSRİ və Rusiya başçılarının üstünlük verdiyi şorbalardan danışıb. O, Stalinin masada yağlı ət bulyonları, kharcho və ya solyanka verilməsini tələb etdiyini qeyd edib. Brejnev borş və taxıl ilə qoyun ətindən hazırlanmış şorbalara üstünlük verdiyini, bu gün prezident Vladimir Putin isə ən çox şorba-püre və balıqdan hazırlanmış şorbalara – uxaya üstünlük verdyini bildirib.

Copy link
Powered by Social Snap