Rusiya 2033-cü ilə qədər 5 buzqıran gəmi inşa edəcək

Rusiya donanmasının inkişafı üzrə proqram çərçivəsində 2033-cü ilə qədər yeni gəmilərin hazırlanması nəzərdə tutulur. Uşaq Şimal qarnizonları üçün 5 ədəd buzqıran və universal gəmilərin tikintisi planlaşdırılır.

Herbiand.az xəbər verir ki, bu haqda TASS agentliyi Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təminatının qərargah rəisinin müavini Andrey Efimova istinadən bildirib.

Federasiya şurasının dəyirmi masasında Efimov Rusiya donanmasının inkişafı üzrə proqram çərçivəsində 5 ədəd buzqıran və 3 ədəd universal gəminin inşasının nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, yeni gəmilər Uşaq Şimal bölgələrində yerləşən donanmaların imkanlarını artıracaq.

Copy link
Powered by Social Snap